"Biz yeni bir dövrün astanasındayıq: bu dövrün adı yenidən dirçəlişdir", R.T.Ərdoğan

İstanbulda TÜGVA (Türkiyə Gənclik Vakfı) Baş İdarəsinin açılışında iştirak edən Ərdoğan çıxışı zamanı deyib...

1072720
"Biz yeni bir dövrün astanasındayıq: bu dövrün adı yenidən dirçəlişdir", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqın "yenidən dirçəliş" adıyla yeni bir dövrün ərəfəsində olduğunu söylədi.

  İstanbulda TÜGVA (Türkiyə Gənclik Vakfı) Ümumi Mərkəzinin açılışında iştirak edən Ərdoğan çıxışı zamanı deyib:  

  “Türkiyə Gənclik Fondu gənclərə yalnız məskunlaşma imkanı yaratmaqla qalmayaraq yaşları, təhsil səviyyələri bir-birindən fərqli on minlərlə gənc üçün ikinci bir məktəb, ikinci bir universitet olub.

  Gənclərimizlə xəyalları arasındakı maneələri qaldırmağa cəhd edirik.

  Heç bir övladımızı inancına, pal-paltarına, xarici görünüşünə görə ayırmadıq. Ölkəmizdə azadlıq atmosferi hakim oldu.

  Yeni bir dövrün ərəfəsindəyik. Bu dövrün adı yenidən dirçəliş, yenidən şahlanış dövrüdür. Bu dövr Böyük Türkiyə idealını praktikaya keçirmək dövrüdür. Bunun bir tərəfi coğrafiyamızla bağlıdır, amma bu, heç də işğalçılıq demək deyil".



Әlaqәli Xәbәrlәr