Türkiyә Silahlı Qüvvәlәri 38 terrorçunu da zәrәrsizlәşdirdi

Türkiyә Silahlı Qüvvәlәri terrora qarşı mübarizәsini qәtiyyәtlә davam etdirir.

1067847
Türkiyә Silahlı Qüvvәlәri 38 terrorçunu da zәrәrsizlәşdirdi

Türkiyә Silahlı Qüvvәlәri terrora qarşı mübarizәsini qәtiyyәtlә davam etdirir.

Türkiyә Silahlı Qüvvәlәr tәrәfindәn bir hәftә әrzindә hәyata keçirilәn әmәliyyatlar nәticәsindә  11-i ölkә daxilindә, 27-i dә sәrhәddәn kәnarda olmaqla 38 terrorçu zәrәrsizlәşdirilib.

5-12 oktyabr tarixlәrindә terror tәşkilatına mәxsus obyektlәrә ağır zәrbәlәr endirilib.

Әmәliyyatların Türkiyәnin Şırnak, Siirt, Diyarbәkir, Ağrı, Mardin, Van şәhәrlәri ilә İraqın şimalında keçirildiyi bildirilir.

Digәr tәrәfdәn Suriyanın şimalında başlanılan  ‘‘Zeytun Budağı’’ әmәliyyatı da davam etdirilir.

Bu ilin 20 yanvar tarixindә başlanılan ‘‘Zeytun Budağı’’ әmәliyyatı nәticәsindә indiyәdәk 4 min 585 terrorçu zәrәrsizlәşdirilib.



Әlaqәli Xәbәrlәr