"Bir ölər, min dirilərik: 8-in bədəli ən az 800-dür", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

1063542
"Bir ölər, min dirilərik: 8-in bədəli ən az 800-dür", R.T.Ərdoğan

   Paytaxt Ankarada keçirilən Ədalət və İnkişaf Partiyasının (AK Partiya) 27-ci Məsləhətləşmə və Qiymətləndirmə Toplantısında çıxış edən R.T.Ərdoğan deyib:  

  “Qazdıqları oyuqların diblərinə girə-girə bunları bitirəcəyik, Kandildə də, Sincarda da. Onlar qaçacaq, biz qovacağıq. Bu xalqın əmin-amanlığı, rifahını yox etməyə bunların gücü heç vaxt çatmayacaq.

  Batman rayonunun Gercüş qəsəbəsinin Yemişli kəndi ilə Mardinin Dargeçit qəsəbəsinin Umutli kəndi çölündə əməliyyata gedən əsgərləri daşıyan “Kobra” hərbi zirehli maşını keçərkən separatçı PKK terrorçularının yola atdığı qumbara nəticəsində partlayış törədildi, səkkiz əsgər şəhid oldu, biri yaralandı. Amma terrorçular bunu bilsin ki, bir ölər, min dirilərik. Səkkiz şəhidimiz oldu? Bunun bədəli ən az 800-dür.  

  Suriyanın Münbiç şəhəri ətrafında də separatçı terror təşkilatı PKK-nın Suriya davamı YPG/PYD səngər qazır. Bunların hamısı eyni kökdən olan şəxsiyyətsiz adamlardır."



Әlaqәli Xәbәrlәr