"Bu, Kambocadan Türkiyəyə ilk belə səfərdir", V.Bozkır

Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici İşlər Komissiyasının sədri Volkan Bozkır Kambocanın paytaxt Ankarada səfirlik açmaq qərarı verdiyini və bununla bağlı işə başlandığını bildirib.

1060710
"Bu, Kambocadan Türkiyəyə ilk belə səfərdir", V.Bozkır

     Rəsmi səfər çərçivəsində Türkiyəyə gələn Kamboca Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Prak Sokhonnla bir araya gələn V.Bozkır görüş zamanı deyib:

  “Kamboca Xarici İşlər nazirini Türkiyədə qarşılamaqdan məmnunuq. Bu, Kambocadan Türkiyəyə Xarici İşlər naziri səviyyəsində həyata keçirilən ilk səfərdir.

  Kamboca Xalq Partiyası ölkədə keçirilən son seçkidə böyük səs əksəriyyəti qazandı. Seçkilərin ölkədə demokratiyanın inkişafı üçün əhəmiyyətli addım olmasını arzu edirik.

  Kamboca ilə əlaqələrə böyük əhəmiyyət verən Türkiyə 2013-cü ildə paytaxt Pnompen (Phnom Penh) səfirliyini açıb. Bu vasitə ilə ikitərəfli münasibətlərdə önəmli məsafələr qət edilib. Sevindik ki, Kamboca da Türkiyədə səfirlik açmaq qərarı verib və bununla bağlı hazırlıqlara başlayıb.

  2020-ci ildə Kamboca-Türkiyə diplomatik əlaqələrinin 50 yaşı bayram olaraq keçiriləcək.”

  Görüşdə Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasının üzvləri də iştirak edib.



Әlaqәli Xәbәrlәr