14 terrorçu zərərsizləşdirildi, 4 əsgər yaralandı

Baş Qərargahdan verilən məlumata görə...

1059208
14 terrorçu zərərsizləşdirildi, 4 əsgər yaralandı

 Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalına təşkil olunan hava hərəkatlarında 14 terrorçu zərərsizləşdirilib.

  Baş Qərargahdan verilən məlumata görə, terrorla mübarizə çərçivəsində 28-29 sentyabr tarixlərində keçirilən hava hərəkatları nəticəsində aksiya hazırlığında olan, İraqın şimalı Metina bölgəsində 3, Avaşin-Basyanda 5, Qarada 6 olmaqla silahlı 14 PKK terrorçusu zərərsizləşdirilib.

 İraqın şimalında davam edən əməliyyatlarda qumbaranın partladılması nəticəsində bir Türkiyə əsgəri şəhid oldu. Baş Qərargahın məlumatında deyilir: “Qumbaranın partladılması nəticəsində bir əsgər şəhid olub, dördü yaralanıb. Bizi dərin kədər və hüznə boğan bu hadisədə həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, onların ailəsinə Türkiyə Silahlı Qüvvələri tərəfindən başsağlığı, səbr, yaralanan qəhrəman silahdaşlara isə tezliklə sağalmalarını diləyirik".



Әlaqәli Xәbәrlәr