Mövlud Çavuşoğlu İdlib razılaşmasının əsasən Suriyada siyasi həll üçün son şans olduğunu bildirdi

Xarici İşlər naziri Mövlud Çavuşoğlu, “İdlib razılaşması əsasən Suriyada bir siyasi həll üçün son şansdır. Bu fürsəti qaçırmaq olmaz. Artıq Suriya böhranının siyasi proseslə bir sabitlik və sülhə qovuşması lazımdır” deyib.

1057594
Mövlud Çavuşoğlu İdlib razılaşmasının əsasən Suriyada siyasi həll üçün son şans olduğunu bildirdi

Nyu-Yorkda rus və iranlı həmkarları ilə üçtərəfli görüş keçirən Xarici İşlər naziri Mövlud Çavuşoğlu, “İdlib razılaşması əsasən Suriyada bir siyasi həll üçün son şansdır. Bu fürsəti qaçırmaq olmaz. Artıq Suriya böhranının siyasi proseslə bir sabitlik və sülhə qovuşması lazımdır” deyib.

Çavuşoğlu daha əvvəl razılaşdırılan toplantının məqsədinin Soçidə Türkiyə və Rusiya prezidentləri tərəfindən imzalanan İdlib müqaviləsinin həyata keçirilməsi olduğunu bildirib.

Siyasi prosesə sürət qazandırmaq lazımdır deyən Çavuşoğlu bildirik ki, bir tərəfdən əsgərlərimiz və xüsusi xidmətlərimiz sahədə texniki işləri aparırlar və bu bir siyasi qərardır. Hər üç ölkənin də dəstəklədiyi və yiyələndiyi bir müqavilədir. Bu fürsətdən istifadə edərək, rejim və müxalifətçiləri bir araya gətirərək siyasi prosesi sürətləndirmək lazımdır. Prosesdə konkret olaraq atacağımız ən mühüm addım isə Konstitusiya komissiyasının yaradılmasıdır. Üç ölkə həmin mövzuda da birgə işləyəcək. Artıq  Suriya böhranının siyasi bir proseslə sabitlik və sülhə qovuşdurulması vacibdir.



Әlaqәli Xәbәrlәr