ABŞ-ın sanksiyalarına baxmayaraq Türkiyə İrandan qaz satın almaqda davam edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan bunu Nyu-Yorkda “Reuters”ın suallarına cavab verdi.

1056803
ABŞ-ın sanksiyalarına baxmayaraq Türkiyə İrandan qaz satın almaqda davam edəcək

ABŞ-ın sanksiyalarına baxmayaraq Türkiyə İrandan qaz satın almaqda davam edəcək.

Prezident Rəcəb Tayyib Ərdoğan bunu Nyu-Yorkda “Reuters”ın suallarına cavabında deyib.

İrana qarşı sanksiyaların noyabr ayında tətbiq ediləcəyinə dair suala cavabən Ərdoğan rəhbərlik olaraq atdıqları addımlarda xalqın mənfəətlərini nəzərdə tutduqlarını diqqət çatdıraraq deyib ki, İrandan qaz almasaq xalq nə ilə isinəcək? Hazırda ölkəmin istehlak etdiyi qazın 50 faizini Rusiyadan, qalan hissəni isə İrandan, İraq, Azərbaycan bəzən Əlcəzairdən alırıq. Bizim məqsədimiz xalqımızın xoşbəxtliyidir, xalqımızın dincliyini, mənfəətlərini nəzərdə tutmaq bizim məsuliyyətimizdədir.

Ərdoğan Türkiyədəki suriyalı qaçqınlarla əlaqəli suala cavabən isə bildirib ki, bunlar bizim qonağımızdır, Əsədin zülmündən qaçıblar. Əsəd hələ də bombalayır. Zirvə yığıncaqları olmasaydı onlar zülmlərini davam etdirəcəklərdi. Atılan addımlarla həll yolları axtarılır. Bu addımları Rusiya və İranla atırıq.

Prezident Ərdoğan sentyabrın 17-də rus həmkarı Putin ilə qəbul edilən Suriyanın İdlib bölgəsinə istipamətli “ silahdan azad edilmiş bölgə” razılaşmasına da işarə edərək deyib ki, İdlib xalqının gözləntisi idi. 50-60 min idlibli öz ev-eşiyinə qayıdıb, onların da dəstəyilə bu prosesdə qələbə qazanılacaq. Silahlı qruplar bölgədən çıxmağa başlayıb.



Әlaqәli Xәbәrlәr