Əminə Ərdoğan ‘‘Türkiyәnin humanitar yardım mövzusundakı rolu’’ adlı paneldә çıxış edib

Türkiyә Prezidenti  Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Türkiyənin humanitar yardım mövqeyinin kreditlərə deyil, tam mənasında insanlara yardım prinsipinә әsaslandığını deyib.

1056384
Əminə Ərdoğan ‘‘Türkiyәnin humanitar yardım mövzusundakı rolu’’ adlı paneldә çıxış edib

Türkiyә Prezidenti  Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Türkiyənin humanitar yardım mövqeyinin kreditlərə deyil, tam mənasında insanlara yardım prinsipinә әsaslandığını deyib.

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisinin 73-cü sessiyasında iştirak etmәk üçün Amerika Birlәşmiş Ştatlarının Nyu-York şәhәrinә sәfәr edәn Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanı müşayiәt edәn Әminә Әrdoğan  Siyasәt, iqtisadiyyat vә Cәmiyyәt Araşdırmaları Fondu (SETA)-nın tәşkilatçılığı ilә keçirilәn ‘‘Türkiyәnin humanitar yardım mövzusundakı rolu’’ adlı paneldә çıxış edib.  

Әminә Әrdoğan çıxışı zamanı Somali, Yәmәn, Suriya, Qәzza vә Myanmada ciddi tәziq vә zülmә mәruz qalan insanların  böyük problemlәrlә üzlәşdiyinә diqqәt çәkib.

Qlobal humanitar yardım hesabatına toxunan Әminә Әrdoğan 2017-ci ildә 134 ölkәdә tәxminәn 201.5 milyon insanın humanitar yardıma möhtac olduğunu bildirib.

Әminә Әrdoğan Türkiyәnin Kilis şәhәrindә yerlәşәn qaçqın sayının şәhәr әhalisindәn çox olduğunu qeyd edib.

Әminә Әrdoğan Türkiyәnin bundan başqa Afrika, Myanma vә Qәzzaya da әlindәn gәlәn  humanitar yardımı  etdiyini bildirib.

Pakistan, Somali və Myanmada yaşanan insani faciәlәri  yerində gördüyünü bildirən Әminә Ərdoğan  bu ölkələrdə humanitar yardıma möhtәc olan insanlara kömәk etmәk mәsәlәsindә beynәlxalq ictimaiyyәtin sinifdә qaldığını vurğulayıb.

Әminә Әrdoğanın çıxışından sonra kürsüyә çıxan Malcolm X-in  böyük qızı İlyasa Şahbaz  Türkiyәnin humanitar yardım mövzusunda nümunә ölkә olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr