"Suriyada təhlükəsiz bölgələri artırmağa davam edəcəyik", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada təhlükəsiz bölgələri artırmağa davam edəcəklərini söylədi.

1055144
"Suriyada təhlükəsiz bölgələri artırmağa davam edəcəyik", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada təhlükəsiz bölgələri artırmağa davam edəcəklərini söylədi.

Ərdoğan bunu dünən səfər etdiyi ABŞ-ın Nyu-York şəhərində Türk və müsəlman icmaya müraciətində deyib.

Ölkələrindəki toqquşmalara görə Türkiyəyə sığınan suriyalıların 260 min nəfərinin vətənlərinə qayıtdıqlarını bildirən Ərdoğan “Son İdlib böhranında olduğu kimi tək bir dinc vətəndaşın burnunun qanamaması üçün diplomatik sahədə səylərimizi davam etdirdik və bunun müsbət nəticələrini görməyə başladıq” deyib.

“Ümid edirəm ki, yaxın zamanda Fərat çayının şərqini də əhatə edəcək şəkildə, Suriya daxilindəki təhlükəsiz bölgələri artırmağa davam edəcəyik. Ölkəmizə qarşı terror təhdidi sona çatanadək, Suriyanın gələcəyinə qəsd edən qrupların kökü kəsilənədək mübarizəmiz davam edəcədir”-deyə prezident Ərdoğan vurğulayıb.

Ərdoğan Fələstin məsələsinə də toxunaraq bildirib ki, ilk qibləmiz Qüdsü işğalçılara və fələstinlilərə dövlət terroru tətbiq edənlərə tərk etməyəcəyik.

Amerikalı müsəlmanların son dövrdə siyasətə və gələcək seçkilərə qarşı olan marağını məmnuniyyətlə qarşıladığını qeyd edən dövlət başçısı noyabr ayında keçiriləcək seçkilər nəticəsində müsəlmanların nümayəndələrini önəmli kadrlarda görəcəyinə ümidini də dilə gətirib.



Әlaqәli Xәbәrlәr