İbrahin Kalın: "Hər kəsin ortaq qənaəti həllin hərbi deyil, siyasi olmasının vacibliyidir"

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalının ev sahibliyində Dolmabaxça Sarayının iş ofisində təşkil olunan Suriya mövzusunda dörd tərəfli zirvə görüşünə hazırlıq toplantısı başa çatdı.

1049933
İbrahin Kalın: "Hər kəsin ortaq qənaəti həllin hərbi deyil, siyasi olmasının vacibliyidir"

 Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalının ev sahibliyində Dolmabaxça Sarayının iş ofisində təşkil olunan Suriya mövzusunda dörd tərəfli zirvə görüşünə hazırlıq toplantısı başa çatdı.

 Toplantı təxminən 3 saat davam etdi.

İbrahim Kalın toplantıdan sonra mətbuata açıqlamalar verdi.

  Türkiyə Prezident Aparatının sözçüsü açıqlamasında bunları bildirdi: "İdlib məsələsi həssaslığını qorumağa davam edir. Bu məsələdə fikir birliyi var. Xüsusilə, İdlibə qarşı həyata keçiriləcək bir hücumun nəticələrinin çox ağır olacağı,  humanitar böhranlara yol açacağı,  yeni bir köç dalğasına səbəb olacağı, davam etməkdə olan siyasi prosesləri dinamitləşdirəcəyi ilə bağlı fikir birliyi var. Ona görə də, bu fəlakətin qarşısının alınması istiqamətində ata biləcəyimiz addımları dəyərləndirmək imkanımız oldu. Hər kəsin ortaq qənaəti həllin hərbi deyil, siyasi olmasının vacibliyidir".

Kalın toplantıda prezident Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi günü Soçiyə edəcəyi səfər və Rusiya prezidenti Vladimir Putinlə keçirəcəyi görüşün də müzakirə olunduğunu söyləyərək: “Cənab prezidentimizin Soçiyə edəcəyi səfər və səfərdən sonrakı  təşəbbüslər böyük əhəmiyyət kəsb edir” dedi.

Türkiyənin İdlibdən irəli gələ biləcək mümkün təhlükəsizlik risklərini aradan qaldırma məsələsində  üzərinə düşəni yerinə yetirəcəyini qeyd edən sözcü: "Lakin bu əsasla İdlibin bombalanması, İdlibdə mülki vətəndaşların və müxaliflərin hədəf halına gətirilməsi qəbul edilə bilməz. Bunun ortaya qoyacağı nəticələri hamımız bilirik. Gözləntimiz təbii ki, İdlibdə mövcud statusun, mülki vətəndaşların qorunması, humanitar böhranın yaranmamasıdır. Bizim beynəlxalq cəmiyyətdən, liderlərdən gözləntimiz burada Türkiyəyə daha açıq, birmənalı dəstək vermələridir” deyə bildirdi.



Әlaqәli Xәbәrlәr