"Siz Humanitar Xidmət Təqdir mükafatına layiqsiniz"

Ə.Ərdoğan da Uan Əzizə Uan İsmayıla təşəkkürünü bildirərək paylaşdığı mesajda deyib...

1049186
"Siz Humanitar Xidmət Təqdir mükafatına layiqsiniz"

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Qlobal Donorlar Forumu çərçivəsində ona verilən Humanitar Xidmət Təqdir mükafatını alaraq Malaziya baş nazirinin müavini Uan Əzizə Uan İsmayıla (Wan Azizah Wan İsmail) təşəkkürünü bildirib.

  Malaziya baş nazirinin müavini Əminə Ərdoğanı İngiltərənin paytaxtı Londonda keçirilən Qlobal Donorlar Forumu çərçivəsində aldığı Humanitar Xidmət Təqdir mükafatıyla bağlı sosial media hesabı “twitter”dən bölüşdüyü mesajla təbrik edib. Ə.Ərdoğan da Uan Əzizə Uan İsmayıla təşəkkürünü bildirərək paylaşdığı mesajda deyib: "Sevimli bacım, nəzakətli diləklərin üçün çox təşəkkür edirəm. Arzum budur ki, daha dinc və firavan bir dünyada birlikdə çalışaq".

  Əminə Ərdoğanı Avropa Rohingya Şurasının (ERC) sədri Hla Kjo (Hla Kyaw) da yazılı olaraq təbrik edib. Təbrikdə deyilir: "Bu mükafat sizə layiqdir. Xalqımız dünyanın ən məzlum cəmiyyəti olan arakanlılara səmimi münasibətiniz və fövqəladə həmrəyliyinizi heç vaxt unutmaz. Allahdan sizə dünyadakı digər məzlum insanların da anası olmağınız üçün daha çox güc verməsini diləyirik. Uğurunuz, xoşbəxtliyiniz və sağlamlığınız daimi olsun".



Әlaqәli Xәbәrlәr