Rəcəb Tayyib Ərdoğan: ''On minlәrlә günahsız insanın  öldürülmәsinә göz yuma bilmәrik’’

Türkiyә Prezidenti  Rəcəb Tayyib Ərdoğan dünәn İranın paytaxtı Tehranda keçirilәn üçtәrәfi zirvә görüşü ilә bağlı şәxsi ‘‘Twitter’’ sәhifәsindә rus, әrәb vә ingilis dillәrindә  açıqlama verib.

1045590

Türkiyәnin  Suriyada axan qanın dayanması üçün mübarizә apardığını vә ayri-seçkilik etmәdәn suriyalı qardaşlarına sahib çıxdığını bildirәn Әrdoğan dünәn olduğu kimi bu gün dә heç bir suriyalının әzab çәkmәsini istәmәdiklәrini vurğulayıb.

‘‘Rejim qüvvәlәrinin maraqları uğrunda on minlәrlә günahsız insanın  öldürülmәsinә göz yuma bilmәrik’’,-deyә Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan qeyd edib.

Rәcәb Tayyib Әrdoğan deyib: "İdlib  məsələsi  yeni əzablarin, gərginliklərin vә çətinliklərin yaşanmasına imkan verilmәdәn hәll olunmalıdır. Astanada әldә olunan razılaşmaların  mühafizə edilmәsi  Suriya böhranına siyasi yolla  həll olması baxımından da әhәmiyyәtlidir. Terrorla mübarizә pәrdәsi altında  Suriyanın әrazi bütövlüyü ilә qonşu ölkәlәrin milli tәhlükәsizliyini zәiflәtmәyә çalışan qüvvәlәrә qarşı birgә mövqe nümayiş etdirilmәlidir''.

‘‘3.5 milyondan çox suriyalıya ev sahibliyi edәn bir ölkә olaraq qaçqınların könüllü vә tәhlükәsiz şәkildә ölkәlәrinә geri qayıtmalarının tәmin olunması vә Suriya böhranının  hәll olunması  üçün sәy göstәrmәyә davam edәcәyik’’, deyә Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan vurğulayıb.

Әlaqәli Xәbәrlәr