Rəcəb Tayyib Ərdoğanla  Küveyt Əmiri Şeyx Sabah Əl Cabir Əl Sabah arasında telefon danışığı oldu

Telefon görüşündə ikitərəfli münasibətlərə və gündəmdəki məsələlərə də toxunuldu.

1043254
Rəcəb Tayyib Ərdoğanla  Küveyt Əmiri Şeyx Sabah Əl Cabir Əl Sabah arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla  Küveyt Əmiri Şeyx Sabah Əl Cabir Əl Sabah arasında telefon danışığı oldu.

Prezident Aparatından verilən məlumata görə, Ərdoğan Küveyt Əmiri Şeyx Sabaha bacısı Şeyxa Fəriha Əl Əhməd Əl Cabir Əl Sabahın vəfatı münasibətilə başsağlığı verib.

 Telefon görüşündə ikitərəfli münasibətlərə və gündəmdəki məsələlərə də toxunulub.

 Prezident Ərdoğan və Küveyt Əmiri Şeyx Sabahın ikitərəfli münasibətləri  daha da gücləndirmək istiqamətindəki mövqelərini bir daha təsdiq etdikləri bildirildi.

 



Әlaqәli Xәbәrlәr