“Parçalanmış bir dünyada sülh və təhlükəsizliyi yenidən düşünmək”

“TRT World Forum” “Parçalanmış bir dünyada sülh və təhlükəsizliyi yenidən düşünmək” mövzu ilə 3-4 oktyabrda İstanbulda keçiriləcək.

1043063
“Parçalanmış bir dünyada sülh və təhlükəsizliyi yenidən düşünmək”

“TRT World Forum” “Parçalanmış bir dünyada sülh və təhlükəsizliyi yenidən düşünmək” mövzusunda 3-4 oktyabrda İstanbulda keçiriləcək.

Türkiyə Radio Televiziya Qurumunun (TRT) ingiliscə kanalı “TRT World”un açıqlamasına görə, TRT-nin aktual, mədəniyyət, siyasi, iqtisadi və sosial sahədə çıxılmaz problemlərə qlobal həll yolları axtarmaq məqsədilə  keçən il başlatdığı forum ənənəsi bu il də qlobal problemlərə işıq tutmaqda davam edəcək.

Müxtəlif ölkələrdən 600-dən artıq yüksək səviyyəli siyasi xadim, akademik, fəal, jurnalist, ictimai rəy liderləri, intellektualın iştirakı ilə “Parçalanmış bir dünyada sülh və təhlükəsizliyi yenidən düşünmək” teması ilə keçiriləcək forumda iki gün müddətində dünya məsələləri müzakirə olunacaq.

Sülh və təhlükəsizlik mübahisələrinə töhfə verməyi məqsəd götürən forumda Əfqanıstanın sabiq prezidenti Həmir Kərzai, İngiltərənin sabiq Xarici İşlər naziri Cek Strav, Dünya İqtisadi Forumunun sədri Borqe Brende, Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura, məşhur jurnalist Raqeh Ommar, “Thomas Reuters" Vəqfinin rəhbəri (CEO) Monique Villa və Pakistanın Xarici İşlər naziri Hina Rabbani məruzuçilər arasında yer alacaq.

“TRT World Forum”da dəyirmi masa toplantıları, panellər və xüsusi iclaslar ilə qlobal nizamdaki mövcud memarlığın kəsirləri və dağıdıcı meyillərin sülhpərvər və təsirli şəkildə müzakirə olunmasının həll yolları dilə gətiriləcək.

Açıqlamada TRT-nin Baş direktoru İbrahim Ərənin də fikirləri yer tutub: “Forumun teması qlobal təhlükəsizlik üçün üfüqdə yer alan iqtisadi və geostrateji peyzajlardakı dəyişikliklər üçün həssas bir qovşaqdır. Keçən il təşkil edilən I forumun uğurlu keçən təqdimatından  sonra tədbir bütün bölgənin ən güclü və yüksək səviyyədə iştirakçıların qatıldığı toplantılardan biri kimi qəbul edilməyə başlandı. Forumun hər il ənənəvi şəkildə keçirilməsi planlaşdırılır. Forumda xəbərlərə mövzu olan insani böhranları bütün detalları ilə tərəfsiz şəkildə təqib etmə məsuliyyətini öhdələnərək, dünyanın gündəmində yer alan problemlərlə əlaqəli şüur yaratmağı hədəf götürmüşük. Dünyanın dörd bir tərəfindən öz sahəsində mütəxəssis beyin liderlərini bir araya gətirərək qlobal gündəmə dair həll yolları ortaya qoymaq üçün və addım atmağa rəhbərlik edəcək bir platform yaratdıq. Qlobal mövzuların dərininə analiz ediləcəyi “TRT World Forum” professional  natiqləri birgə məntiq və starteji ortaya qoymağa dəvət edir”.



Әlaqәli Xәbәrlәr