"Türkiyə ABŞ ilə yaşanan böhranı həll etmək üçün əlindən gələni yerinə yetirdi", M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin ABŞ ilə yaşanan böhranı həll etmək üçün əlindən gələni yerinə yetirdiyini, ancaq qarşılarında bu məsələni müzakirə edəcək birinin olmadığını bildirdi.

1033295
"Türkiyə ABŞ ilə yaşanan böhranı həll etmək üçün əlindən gələni yerinə yetirdi", M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin ABŞ ilə yaşanan böhranı həll etmək üçün əlindən gələni yerinə yetirdiyini ancaq qarşılarında bu məsələni müzakirə edəcək birinin olmadığını bildirdi.

Sayca 10-cu olan Səfirlər Konfransında üçüncü gün Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Ticarət naziri Ruhsar Pekcan qonaq oldu.

Konfransda çıxış edən Çavuşoğlu ABŞ ilə yaşanan böhrana toxunaraq, bu prosesdə Türkiyənin öhdəsinə düşəni yerinə yetirdiyini, hər sahədə quruluşçu olduğunu, amma qarşı tərəfdə bunu başa düşəcək, düzgün birini tapa bilmədiklərini söylədi.   

Türkiyənin böhranın həlli üçün masaya oturmağa hazır olduğunu da vurğulayan Çavuşoğlu “Biz hər şeyi danışmağa hazırıq, amma bir şərtlə, təhdid, təzyiq olmaacaq və əlbəttə embarqo kimi səhv yollara üz tutulmayacaq” deyə bildirdi.

Ticarət naziri Ruhsar Pekcan da ABŞ-ı Dünya Ticarət Təşkilatında açıq iclasa dəvət etdiklərini, bu dəvətin ABŞ-a çatdığını, bununla da Dünya Ticarət Təşkilatında məhkəmə prosesini başlatdıqlarını söylədi.



Әlaqәli Xәbәrlәr