Türkiyənin ABŞ-na sanksiya qərarı qüvvəyə mindi

Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı "Rəsmi Qəzet" nəşrində dərc olunub

1032576
Türkiyənin ABŞ-na sanksiya qərarı qüvvəyə mindi

Türkiyə ABŞ-ın sanksiyalarına cavab olaraq bu ölkənin bir sıra məhsullarının gömrük rüsumlarını ortalama 100%-ə qədər qaldırıb. Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı "Rəsmi Qəzet" nəşrində dərc olunub. İmzalanan sənədə əsasən, ABŞ-dan idxal olunan tütün məmulatlarının rüsumu 60%, spirt məhsullarının rüsumu 140%, avtomobillərin rüsumu 120%, kosmetika məmulatlarının rüsumu 60%-dək, düyü 50%, meyvə isə 20% qaldırılıb. Rüsumlar bir sıra digər ABŞ məhsullarında da qaldırılıb.

Qeyd edək ki, qərar rəsmi qəzetdə dərc olmamış, ABŞ-dan Türkiyəyə göndərilmiş məhsullara əlavə gömrük rüsumu qərarından təsirlənməyəcək.

Vitse Prezident Fuad Oktay bildirib ki, qərar, Türkiyəyə tətbiq olunan sanksiyalara cavab olaraq həyata keçirilib.

Xatırladaq ki, ABŞ, Dünya Ticarət Təşkilatı normlarını gözdən yayındıraraq Türkiyədən satın aldığı polad və alüminiumda gömrük vergisini iki qat qaldırmışdı.



Әlaqәli Xәbәrlәr