Rәcәb Tayyib Әrdoğan: ''Türkiyə ABŞ-ın elektron məhsullarına boykot elan etdi''

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyənin ABŞ-ın elektron məhsullarına boykot elan etdiyini deyib.

1032272
Rәcәb Tayyib Әrdoğan: ''Türkiyə ABŞ-ın elektron məhsullarına boykot elan etdi''

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyənin ABŞ-ın elektron məhsullarına boykot elan etdiyini deyib.

Ərdoğan  Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SEDA) tәşkilatçılığı ilә keçirilən "Hakimiyyətinin 16-ci İlindә Ədalət və İnkişaf Partiyası’’ adlı  simpoziumda çıxış edib.

ABŞ-ın sanksiya qərarını qiymәtlәndirәn dövlәt başçısı: "Türkiyəyə qarşı açıq bir hücum var. İqtisadi olaraq bütün tədbirləri görmüşük’’ deyә qeyd edib.

Türkiyә iqtisadiyyatının hәr ötәn gün daha da inkişaf etdiyini deyәn Әrdoğan  bildirib ki, Türkiyә  maşğulluq vә turizm sektorunda  rekord әldә edib. Bu gün ölkәmiz  әn etibarlı bank sisteminә malikdir.

Rәcәb Tayyib Әrdoğan Türkiyәnin inkişafını hәzm edә bilmәyәnlәrin iqtisadiyyatı silah kimi istifadә etmәkdәn çәkinmәdiyini deyib. Dövlәt başçısı 2016-cı ilin 15 iyul tarixindә törәdilәn çevriliş cәhdinin qarşısı millәtlә birgә aldıqları kimi dolların vә inflyasiyanın da qarşısını alacaqlarını vurğulayıb.  

‘‘Türk lirәsinin şәrәfini qoruyaraq  onlara әn gözәl cavabı vermiş olacağıq’’,- deyә Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan qeyd edib.



Әlaqәli Xәbәrlәr