Mövlud Çavuşoğlu: "ABŞ valyutasından bütün ölkələrə hücum etmək üçün istifadə etməyə başladı"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu  Amerika Birləşmiş Ştatlarının valyutasından  bütün ölkələrə hücum etmək üçün istifadəsinin dollardan imtinaların başlamasına təkan verdiyini söylədi.

1032235
Mövlud Çavuşoğlu: "ABŞ valyutasından bütün ölkələrə hücum etmək üçün istifadə etməyə başladı"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankaraya səfər edən rusiyalı həmkarı Sergey Lavrov ilə birgə keçirdiyi mətbuat konfransında ABŞ-ın və Avropa İttifaqının iqtisadi sanksiyaları məsələsinə toxunub.
 
 "ABŞ-ın və ya başqa bir ölkənin birtərəfli sanksiyalarına əleyhinəyik" deyən Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının sanksiyalarını isə qəbul edərək tətbiq etdiklərini qeyd etdi.
 
 Çavuşoğlu  Avropa İttifaqının Rusiya sanksiyalarına  qarşı olduqlarını daha əvvəl də ifadə etdiklərini vurğuladı.
 
Türkiyənin Xarici İşlər naziri: "ABŞ-ın İrana qarşı sanksiyalardan Avropa İttifaqı da, Asiya-Sakit Okean ölkələri də narahatdırlar" dedi.
 
 ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarlarından Aİ-nin narahat olduğunu qeyd edən Çavuşoğlu: "ABŞ valyutasından bütün ölkələrə hücum etmək üçün istifadə etməyə başladı. Dollardan qaçma tendensiyasını indidən görməyə başlamışıq. İqtisadiyyatı güclü Türkiyə bütün qonşular üçün əhəmiyyətli bir ölkədir" dedi.



Әlaqәli Xәbәrlәr