ABŞ-ın sabiq Türkiyə səfiri ölkəsini geri addım atmağa çağırdı

Amerika Birləşmiş Ştatlarının sabiq Türkiyə səfiri Ross Uilson ölkəsinin Türkiyəyə başladığı iqtisadi müharibədən zərərlə çıxacağını və beynəlxalq bazarların da bu vəziyyətdən təsirlənəcəyini söylədi.

1032098
ABŞ-ın sabiq Türkiyə səfiri ölkəsini geri addım atmağa çağırdı

Amerika Birləşmiş Ştatlarının sabiq Türkiyə səfiri Ross Uilson ABŞ-ın Fox TV kanalının yayımında Vaşinqtonun Türkiyə haqqındakı sanksiya qərarını tənqid etdi.

Uilson Türkiyəyə qarşı sanksiyaların iki böyük riski ortaya qoyduğunu billdirdi.

Sabiq səfirə görə, bu risklərdən ilki  sanksiyaların illərdir  hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən münasibətlərə mənfi təsir göstərməsidir. İkincisi isə Türkiyə iqtisadiyyatındakı mənfi gedişatın digər bazarlara da mənfi təsiridir.

Türkiyə ilə bağlı qərarların ABŞ-ın mənfəətlərinə də dağıdığı təsiri olacağını qeyd edən Uilson ölkəsini geri addım atmağa çağırdı.

 



Әlaqәli Xәbәrlәr