Türkiyә ABŞ-a reaksiya göstәrib

ABŞ administrasiyasının Türkiyədən ixrac olunan alüminium və polad məhsullarına tətbiq olunan gömrük rüsumunu artırmaq barədə qərarı Türkiyәnin kəskin etirazı ilə qarşılanıb.

1030247

Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ-ın bu qərarının Dünya Ticarət Təşkilatının qarşılıqlı ticarət barədə qərarlarına zidd olduğunu vurğulayıb.

Hami Aksoy bildirib ki, ABŞ sanksiya vә tәzyiqlәrlә heç bir nәticә әldә edә bilmәz.

‘‘ABŞ  belә  addımla müttәfiqlik  münasibәtlәrinә  zәrәr verәcәyini bilmәlidir’’ deyә Hami Aksoy qeyd edib.

Türkiyəyə qarşı atılan addımlara bu günə qədər olduğu kimi bundan sonra da lazımi cavabın veriləcəyini vurğulayan Aksoy  Türkiyənin hər zaman problemlərin diplomatiya vә  dialoq  yolu ilә  həll edilməsindən tәrәf  olduğunu açıqlayıb.

Әlaqәli Xәbәrlәr