İlk Ali Hərbi Şuranın yığıncağı bugün keçirilir
Prezident üsul-idarəsi sisteminə keçid prosesindən sonra ilk Ali Hərbi Şuranın yığıncağı bugün keçiriləcək.



Prezident üsul-idarəsi sisteminə keçid prosesindən sonra ilk Ali Hərbi Şuranın yığıncağı bugün keçirilir.
Prezident Aparatında keçirilən yığıncaqdan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan başçılığındakı şura üzvləri Türkiyə Cümhuriyyətinin banisi Atatürkün mavzoleyini ziyarət etdi.
Ərdoğanın başçılığında prezidentin köməkçisi Fuad Oktay, Milli Müdafiə naziri Hulusi Akar, Ədliyyə naziri Əbdülhəmid Gül, Daxili İşlər naziri Süleyman Soylu, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər Quru Qoşunlar Komandanı general Ümit Dündar, Hava Qüvvələri komandanı general Həsən Küçükakyüz və Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal mavzoleydə “Arsanlı yol”dan keçərək mavzoleyə əklil qoydular.
Anıtqəbir Xatirə Dəftərini imzalayan Ərdoğan Prezident üsul-idarəsi hökumət sisteminin ilk Ali Hərbi Şura toplantısının Türkiyə, Türk milləti və Türkiyə Silahlı Qüvvələri üçün xeyirli olmasını diləyib.
Dövlət başçısı “regional və qlobal miqyasda həssas inkişafların baş verdiyi bir zamanda keçirilən yığıncağın Fətullahçı Terror Təşkilatı və PKK terror təşkilatı başda olmaqla milli təhlükəsizliyi təhdid edən bütün terror təşkilatlarına qarşı mübarizədə Türkiyəni daha da gücləndirəcəyinə inandığını” bildirib.
Әlaqәli Xәbәrlәr

Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb
İraqın şimalındakı Qara bölgәsindә 4 PKK terrorçusu zәrәrsizlәşdirilib.