ABŞ-ın Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Türkiyəyə gəlir

Amerika Birləşmiş Ştatlarının Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, ordu generalı Körtis Skaparotti (Curtis Scaparrotti) Türkiyəyə gəlir.

1023744

Skaparotti Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər ilə görüşəcək.

ABŞ-ın Avropada Müttəfiq Qüvvələri Komandanlığı sosial media vasitəsilə səfərə aid məlumat yaydı.

Məlumatda Skaparottinin Türkiyədə keçirəcəyi görüşlərdə müdafiə məsələləri və iki ölkə arasındakı güclü hərbi əlaqələrin müzakirə olunacağı bildirilir.

Münbiç yol xəritəsi, F-35 birgə döyüş təyyarəsi layihəsi, PATRIOT-ların satışı məsələlərinin danışıqlarda ön plana çıxması gözlənilir.
 
Skaparotti  Ankaradakı görüşlərdən sonra İncirlik Bazasındakı ABŞ birliklərinə baş çəkəcək, İzmirdə hərbi mərasimə qatılacaq.

Әlaqәli Xәbәrlәr