ABŞ Türkiyə məhkəməsinin qərarına hörmətlə yanaşmaq məcburiyyətindədir

Rahib Endryu Branson (Andrew Brunson) azadlığa buraxılmazsa, ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəyi təhdidləri və Xarici İşlər Nazirliyinin buna reaksiyasından az sonra ölkənin Prezident Aparatı sözçüsü İbrahim Kalın açıqlama verib.

1020420
ABŞ Türkiyə məhkəməsinin qərarına hörmətlə yanaşmaq məcburiyyətindədir

   İ.Kalın açıqlamada bildirib: "ABŞ rəhbərliyinin bir NATO müttəfiqi olan Türkiyəyə qarşı istifadə etdiyi bu hədələyici dilin qəbuledilməz olduğunu bildirib. O deyib: "FETÖ (Fətullahçı Terror Təşkilatı) məsələsində bu günə qədər heç bir addım atmayan ABŞ hakimiyyəti müstəqil Türkiyə məhkəməsinin səlahiyyətinə müdaxilə edərək ölkəmizi təhdid edir. ABŞ həm öz maraqlarına, həm də müttəfiqlik münasibətimizə çox da zərər vermədən davranışlarını nəzərdən keçirərək konstruktiv zəminə qayıtmalıdır".

  Vitseprezident Fuad Oqtay da məsələyə münasibət bildirərək Amerika Birləşmiş Ştatlarının Türkiyə məhkəməsinin qərarına hörmətlə yanaşmaq məcburiyyətində olduğunu bildirib. “Twitter”də bəyanat verən vitseprezident Türkiyənin bir hüquq dövləti olduğunu və Türkiyə ədliyyəsinin hər kəsə bərabər münasibət göstərdiyini qeyd edərək deyib: “Ucuz təhdidlərə qarşı səbrimiz yoxdur. Amerikalı tərəfdaşlarımız xalqı üçün hökm verən Türkiyə məhkəməsinin qərarına hörmətlə yanaşmaq məcburiyyətindədir".

  Xatırladaq ki, Donald Tramp "twitter"dən verdiyi açıqlamada: "Rahib Branson azadlığa buraxılmasa, ABŞ sanksiya tətbiq edəcək" deyə bildirmişdi. Trampdan əvvəl Pens eyni hədələyici ifadәləri işlətmişdi.



Әlaqәli Xәbәrlәr