Türkiyə ABŞ-ın İrana qarşı sanksiya qərarlarının əleyhinədir

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 24-də Azərbaycana səfəri zamanı həmkarı Məmmədyarovla keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

1018764
Türkiyə ABŞ-ın İrana qarşı sanksiya qərarlarının əleyhinədir

Türkiyə ABŞ-ın İrana qarşı sanksiya qərarlarının əleyhinədir.

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 24-də Azərbaycana səfəri zamanı həmkarı Məmmədyarovla keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

Çavuşoğlu “BMT-nin sanksiya qərarlarına hər ölkə kimi biz də əməl edərik, amma ABŞ olsun yaxud İngiltərə ya da başqa ölkə, Avropa İttifaqı (Aİ) olsun, onların bir ölkəyə qarşı tətbiq etdiyi sanksiya qərarlarına biz əməl etmək məcburiyyətində deyilik” deyib.

Çavuşoğlu Türkiyənin əvvəldən Aİ-nin Rusiyaya istiqamətli sanksiya qərarlarında da iştirak etmədiyini xatırladaraq bildirib ki, sanksiya qərarları düzgün deyil. Bu prinsipial bir mövqedir. Hər hansı şərtdən asılı deyildir.



Әlaqәli Xәbәrlәr