Yunanıstanın Midilli adasına keçməyə çalışan 42 əcnəbi yaxalandı

Patrul vəzifəsini icra edərkən Sahil Təhlükəsizlik qrupları Sivrice Burnunda açıq rezin qayığın Yunanıstanın Midilli adasına getməyə üz tutduğunu müəyyən edib...

1017031
Yunanıstanın Midilli adasına keçməyə çalışan 42 əcnəbi yaxalandı

  Türkiyənin Çanaqqala rayonunun Ayvacık qəsəbəsində qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına keçməyə çalışan 42 əcnəbi yaxalandı.

  Patrul vəzifəsini icra edərkən Sahil Təhlükəsizlik qrupları Sivrice Burnunda açıq rezin qayığın Yunanıstanın Midilli adasına getməyə üz tutduğunu müəyyən edib və hərəkətə keçərək 1 mil uzaqlıqdakı 42 xarici vətəndaşı saxlayıb.

  Qayıqla Küçükkuyudakı Sahil Təhlükəsizlik Polis Bölməsinə gətirilən əcnəbilər burada idman paltarı, ayaqqabı, təmizlik ləvazimatı və ərzaqla təmin edilib. Sonra onlar Ayvacık Xariciləri Gerigöndərmə Mərkəzinə təhvil verilib.



Әlaqәli Xәbәrlәr