Mardində partlayıcı və silah ələ geçirildi

Türkiyənin Mardin şəhərinin Kızıltəpə rayonunda aparılan əməliyyatlarda partlayıcı, uzun lüləli silahlar və müxtəlif silah-sursat ələ keçirildi.

1016471
Mardində partlayıcı və silah ələ geçirildi

Türkiyənin Mardin şəhərinin Kızıltəpə rayonunda aparılan əməliyyatlarda partlayıcı, uzun lüləli silahlar və müxtəlif silah-sursatlar  ələ keçirildi.

Mardin Valiliyindən verilən məlumatdaVilayət Jandarm Komandanlığı briqadalarının Suriya ilə sərhəd xəttində yerləşən Taşlıca məhəlləsində 2 bel çantasında 26 kiloqram partlayıcı, 8 alışdırıcı, 7 elektrikli boru, 4 partlayış detonatoru və pult ələ keçirdiyini bildirildi.
 
 Bozhöyük məhəlləsində isə 2 nəfərin evində aparılan axtarışda 5 uzun lüləli silah, tapança, uzun lüləli tüfəng və tapançalara aid  patronlar, snayper silahı üçün durbin, 9 min 192 paket qaçaq siqaret, 1 kilo 47 qram  marixuana və 47 kiloqram tütün ələ keçirildiyi qeyd edilir.
 
İki şübhəlinin nəzarətə alındığı ifadə edilən məlumatda terrorizm, qaçaqmalçılıq və mütəşəkkil cinayətlərlə mübarizənin qətiyyətlə davam etdiriləcəyi vurğulanır.


Etiketlәr: #Mardin , #silah-sursat

Әlaqәli Xәbәrlәr