Türkiyə ilə ABŞ İrana yeni sanksiyalarla bağlı danışıqlar apardı

Türkiyə ilə Amerika Birləşmiş Ştatları İrana yenidən tətbiq ediləcək sanksiyalarla bağlı danışıqlar apardı.

1016391
Türkiyə ilə ABŞ İrana yeni sanksiyalarla bağlı danışıqlar apardı

    İran sanksiyaları ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə gələn ABŞ-ın Terrorizmin Maliyyələşdirilməsinə qarşı Mübarizə üzrə Xəzinə naziri müavini Marşal Billinqsleanın (Marshall Billingslea) başçılıq etdiyi nümayəndə heyəti Türkiyə rəsmilərilə görüşlər keçirib.

  Görüşlərdən çıxan nəticələr bunlar olub: “ABŞ prezidenti Donald Tramp 16 yanvar 2016-cı ildə qüvvəyə minən Əhatəli Birgə Fəaliyyət Planından geri çəkiləcəyi açıqlamasından sonra İrana yenidən tətbiq olunmağa başlanacaq. Bu mövzu ilə əlaqədar Türkiyə mühüm əhəmiyyət kəsb edir. Sanksiyaların tətbiqindən Türkiyənin zərər görməməsi üçün zəruri işlər hər iki tərəfin müvafiq qurumları tərəfindən yürüdülməkdədir.”

  Xatırladaq ki, ABŞ rəhbərliyi 2018-ci ilin 8 mayda İran nüvə müqaviləsindən çəkildiyini bildirmiş və İrana yönəlik sanksiyaları yenidən başlayacağını açıqlamışdı. D.Tramp İranın gəlir mənbələrinin kəsilməsi üçün bu ölkəylə ikitərəfli ticarəti olan ölkələrin də sanksiyaları yenidən başlamasını tələb edib.



Әlaqәli Xәbәrlәr