FETÖ - 15 İyul çevriliş cəhdilə bağlı kitab

"History and Memory: TRT World in the Face of July 15 Coup" adlı kitab 15 İyul hadisəsinin ikinci ildönümündə Türkiyə türkcəsilə yanaşı ingilis, ərəb, alman və rus dilində də yayınlandı.

1009797
FETÖ - 15 İyul çevriliş cəhdilə bağlı kitab

  Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 İyul 2016-cı ildəki uğursuz dövlət çevrilişi cəhdinin xarici və daxili dinamikasını əks etdirən "History and Memory: TRT World in the Face of July 15 Coup" adlı kitab 15 İyul hadisəsinin ikinci ildönümündə Türkiyə türkcəsilə yanaşı ingilis, ərəb, alman və rus dilində də yayınlandı.

  “TRT World” tərkibində fəaliyyətini davam etdirən araşdırma mərkəzi “TRT World Research Centre”in ötən il hazırladığı və tanınmış tarixçi Xəlil Berktayın hazırladığı kitab 2 hissədən ibarətdir. “History: What Actually Happened" adlı birinci hissə çevriliş cəhdindən əvvəl, 15 İyul gecəsi baş verənlər, cəhdə qıfıl fiqurlar və rəhbərlik edən aktyorların üzərində durulub. Burada FETÖ/PDY-nin illər boyu dövlət üçün strateji olan məqamlara necə gizlicə sızdığı və təşkilat lideri Fətullah Gülənin çevrilişi nə şəkildə idarə etdiyi əks olunur.

  “Memory: July 15 from the Eyes of TRT World Employee" adlı ikinci hissədə isə 15 İyul gecəsi və ertəsi gün səhər “TRT World” əməkdaşlarının həm şahid, həm də hədəf olaraq şəxsən yaşadıqları anladılır.

   “TRT World” Araşdırma Mərkəzi 15 İyulun ikinci ildönümündə hadisə daha çox oxucu kütləsinə çatsın deyə Türkiyə türkcəsindən başqa, ingilis, ərəb, alman və rus dillərində də veb saytında paylaşılıb.



Әlaqәli Xәbәrlәr