Səhhiyə Nazirləri Yığıncağı Antaliyada keçiriləcək
"Səhhiyə Nazirləri Yığıncağı” ilk dəfə Türkiyədə keçiriləcək. Yığıncaqda təxminən 100 ölkənin səhhiyə nazirləri iştirak edəcək.
1007114

Yığıncaqda orqan nəqlində (Transplantasiya) yol xəritəsi təyin ediləcək və "Orqan nəqlinə dair cinayətkarlara qarşı mübarizədə qlobal Sağlamlıq diplomatiyası" mövzulu deklarasiya imzalanacaq.
Səhhiyə Nazirliyinin himayəsində və Türkiyə Orqan Nəqli Vəqfinin təşkilatçılığında, 18-19 oktyabrda Antaliyanın Kemer rayonunda təşkil ediləcək zirvə yığıncağında, Afrikadan Avropaya, Latin Amerikadan Asiyaya qədər fərqli qitələrdəki ölkələrin səhiyyə nazirləri iştirak edəcək.