İzmir, Çanaqqala və Ədirnə reydində 497 əcnəbi yaxalandı

Türkiyənin İzmir, Çanaqqala və Ədirnə şəhərlərində qeyri-qanuni yollarla ölkə xaricinə çıxmağa çalışan 497 əcnəbi yaxalandı.

1004315
İzmir, Çanaqqala və Ədirnə reydində 497 əcnəbi yaxalandı

   İzmir Sahil Təhlükəsizlik Komandanlığı briqadaları Egey dənizində icra etdiyi "Egey dənizi Ümid Hərəkatı" çərçivəsində Urla qəsəbəsində əməliyyat keçirib. Təyyarə sübh 03.50-də Dəmirçi kəndinin cənubunda rezin qayıqda bir qrup qaçqın müəyyən edib. Sahil Təhlükəsizlik gəmiləri tərəfindən hərəkət halında olan qayıq dayandırılıb, qeyri-qanuni yollarla xaricə çıxmağa çalışan, 13-ü uşaq, 15-i qadın olmaqla 43 əcnəbi saxlanılıb. Onlar Suriya, Konqo, Fələstin və Somali vətəndaşları olub. Sözügedən əcnəbilər Rayon Miqrasiya İdarəsinə göndərilib.

  Çanaqqalanın Ezine qəsəbəsində qeri-qanuni yollarla Yunanıstanın Midilli adasına keçməyə çalışan 64 əcnəbi yaxalanıb. Hadisə belə baş verib. Məlumat alan Geyikli Jandarm Komandanlığı briqadaları Ezinenin Körüktaşı kəndində təkəri partlayan maşından enərək kəndə qaçan adamları təqib edib. Akçakeçili kəndinin Akdaş sahilində şübhəli maşın saxlanılıb. Maşında və ərazidə aparılan əməliyyat nəticəsində iraqlı 64 nəfər yaxalanıb və Ayvacık Əcnəbiləri Gerigöndərmə Mərkəzinə təhvil verilib.

  Ədirnədə isə qeyri-qanuni yollarla ölkə xaricinə çıxmağa qaçqınlar saxlanılıb. Rayon Jandarm Komandanlığı briqadaları və 54-cü Mexanizm Piyada Tuqay Komandanlığına bağlı sərhəd qoşunları mərkəzə bağlı Bosnaköy, Yenikadın kəndləri İpsala və Meriç rayonlarında reyd keçirib və Somali, Banqladeş, Pakistan, Əfqanıstan, İran, İraq, Fələstin, Tunis və Mərakeşdən olan 390 qaçaq yaxayıb. Qaçqınlar əməliyyatdan sonra Ədirnə Miqrasiya İdarəsinə göndərilib.



Әlaqәli Xәbәrlәr