Türkiyə Ədliyyə Nazirliyi ABŞ-a Fətullah Gülənlə bağlı yeni dəlilləri göndərdi

Türkiyə Ədliyyə Nazirliyi Fətullahçı Terror Təşkilatının rəhbərlərindən Hakan Çiçeyin təşkilatın dəstəbaşı Fətullah Gülənlə birbaşa danışdığını ortaya qoyan yeni sübutları Amerika Birləşmiş Ştatlarına göndərdi.

1003020
Türkiyə Ədliyyə Nazirliyi ABŞ-a Fətullah Gülənlə bağlı yeni dəlilləri göndərdi

  Akıncı Bazası ətrafındakı ərazidə yerləşən və FETÖ-nün rəhbərlərindən olan Kamal Batmaz və Hakan Çiçeyə aid olduğu təyin edilən cib telefonlarından dövlət çevrilişi cəhdinin əmrlərinin FETÖ dəstəbaşı F.Gülən tərəfindən verildiyinə qarşı yeni dəlillər tapılıb.

  Ankara Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində ələ keçirilən yeni dəlillərə görə, çevrilişi planlaşdıranlardan olan H.Çiçek "Əczaçı Abdi" kod adlı təşkilat üzvü vasitəsilə Gülənlə cib telefonundan müxtəlif proqramlarla birbaşa danışıb. Aparılan araşdırmalar nəticəsində bu kod adlı təşkilat üzvünün gerçək kimliyi müəyyən edilib.

  Hakan Çiçek çevriliş hazırlıqları çərçivəsində ABŞ-da 23 iyun 2016-cı ildə "Əczaçı Abdi" kod adlı təşkilat üzvünə "Günorta görüşmək olarmı H. ilə" şəklində mesaj göndərib və həmin gün Fətullah Gülənə görüşüb.Ondan sonra Gülən dövlət çevrilişinə cəhdlə bağlı mütəmadi olaraq məlumatlandırılıb.

  Kamal Batmaz isə təşkilatın başqa bir rəhbəri Adil Öksüzün qaynı Əbdülhadi Yıldırımın dəvət məktubu ilə 11-13 iyul 2016-cı il tarixində ABŞ-da olub. Digər tərəfdən, Batmazın istifadə etdiyi elektron poçt ünvanlarının də yer aldığı texniki məlumatlar ələ keçirilib.

  Türkiyə Ədliyyə Nazirliyi bu və digər yeni sübutları ABŞ Ədliyyə Nazirliyinə göndərib, terrorçu başı Fətullah Gülənin ekstradisiya tələbini təkrar edib.



Әlaqәli Xәbәrlәr