Türkiyə hava müdafiəsini gücləndirir

Türkiyənin laylı hava və raket müdafiə sisteminin ölkəiçi imkanlarından maksimum səviyyədə istifadə edilərək inkişafına yönəlik səylər bütün sürətilə davam edir.

1001853
Türkiyə hava müdafiəsini gücləndirir

  Türkiyənin laylı hava və raket müdafiə sisteminin ölkəiçi imkanlarından maksimum səviyyədə istifadə edilərək inkişafına yönəlik səylər bütün sürətilə davam edir.

 Türkiyə hava müdafiə ehtiyacını ödəmək üçün çoxşaxəli çalışma məkanıdır.

 Türkiyənin Hava və Raket Müdafiə Yol Xəritəsi işləri istiqamətində ölkənin laylı hava və raket müdafiə sisteminin ölkəiçi imkanlarından maksimum səviyyədə istifadə edilərək inkişafına yönələn layihə modelləri yaradılır. Ölkəiçi inkişaf modeli çərçivəsində Türkiyə firmalarının rəhbərliyi altında, lazım gəldiyi zaman, xarici firma, müəssisə və təşkilatlardan ehtiyac duyulan sahələrdə texniki dəstək alınaraq işlər aparılır. Bununla yanaşı, dizayn və inkişafetdirmə fəaliyyətləri tamamlanan layihələrdə yan sənaye və KOBİ-lərin (Küçük ve Orta Boyutlu İşletmeler) - kiçik və orta ölçülü müəssisələrin fəal rol alacağı seriya istehsal dövrünə yönəlik planlaşdırma fəaliyyətləri həyata keçirilir. Bu məqsədlə, başda ASELSAN və ROKETSAN olmaqla, digər müdafiə sənayesi firmalarının da mövcud imkan və qabiliyyətləri istifadə edilərək həm investisiya təkrarlarının qarşısı alınır, həm də xariclə rəqabət edə bilmək məqsədilə sektorun davamlılığı təmin olunur.

  Hava müdafiəsinə yönəlik ən mühüm strateji məqsədlərdən birini "Hava müdafiə sektoruna yönəlik ölkəiçi imkan və bacarıqların istifadə edilərək Turkiyənin laylı hava müdafiəsinə xidmət edəcək layihələrin həyata keçirilməsi" təşkil edir. Bu strategiya istiqamətində NATO alt işçi qrupları və ölkələrarası müdafiə sənayesi iş birliyi fəaliyyətlərində iştirak edərək hava müdafiə sistemlərinin inkişaf və istehsalına dair dünyada tətbiq olunan üsullar yaxından təqib olunur.

  Hisar (Qala) Layihəsi çərçivəsində ortaya cıxan sistemlərin ölkəiçi və ixrac variantlarına dair tələbləri nəzərə alınmaqla 40 kilometrlik məsafəyə yönəldilməsi işləri aparılır.

  Göktuğ Layihəsi çərçivəsində inkişaf etdiriləcək hava-hava raketinin Hisar (Qala) layihəsi çərçivəsində inkişaf etdirilən yer sistemlərindən istifadə məqsədi güdülür.

  Korkut (Qorqud) Layihəsi çərçivəsində isə inkişaf etdirilən sistemin dəniz platformasına inteqrasiyasına yönəlik testlər başa çatacaq. Beləcə, Dəniz Qüvvələri Komandanlığının sistem tələbatının ölkə içində ödənilməsi təmin olunacaq.

  Hisar (Qala) Layihəsində uğurlu testlərə davam

  Müdafiə Sənayesi Müşavirliyinin koordinasiyasında ASELSAN və ROKETSAN-ın iş birliyi ilə inkişaf etdirilən Hisar hava müdafiə raketlərinin test atəşləri uğurla həyata keçirilib.

  Test atəşlərinin keçirildiyi alçaq yüksəklik (Hisar-A/15 kilometr) və orta yüksəklik (Hisar-O/25 kilometr) hava müdafiə raketləri hərbi baza, liman, müəssisə və birlikləri hava təhdidlərindən qorumaq məqsədilə sabit və hərəkətli vertolyotları, naviqasiya raketlərini, havadan quruya atılan raketləri və pilotsuz uçan aparatları vurub.

  Hisar-A-nın 2020, Hisar-Onun 2021-ci ildə istifadəyə verilməsi gözlənilir.

  Korkut (Qorqud) dənizdə də qoruyacaq

  Quru Qüvvələri Komandanlığına təslim edilməyə başlanılan Korkut sistemi döyüş gəmilərinin raketlərə qarşı qorunmasında da istifadə ediləcək. Ona görə də ön prototip olan Korkut-D sistemi Dəniz Qüvvələri Komandanlığının dəstək təlim gəmisi “TCG S.Mehmetpaşa”ya inteqrasiya olunub.

  Sistemli testlər Korkut-D-nin gəmiləri raketlərə qarşı qorumada istifadə edilə biləcəyini ortaya qoydu.

  Atəş testləri zamanı Korkud-D təsbit, təqib və atəş altına almağı ehtiva edən bütün funksiyaları operator müdaxiləsi olmadan avtomatik yerinə yetirdi və raket hücumu şəklində yüksək sürətlə hərbi-dəniz səthindən yaxınlaşan hədəfi atəş altına alaraq məhv etdi.

 Uzun mənzil strategiyası

 Türkiyə uzun mənzilli (iri çaplı) hava və raket müdafiə ehtiyacını yaxın zamanlarda Rusiyadan alacağı S-400 raketləri ilə təmin edəcək. Ona qədər digər ölkələrlə birgə inkişaf etdiriləcək sistemlərə yönələcək Türkiyə ASELSAN, ROKETSAN və EUROSAM ortaqlığı ilə SAMP-T hava müdafiə sistemindən daha inkişaf etmiş bir sistem üzərində qavram təyinetmə işini aparır. Uzun perspektivdə isə tamamilə yerli uzun mənzilli hava və raket müdafiə sisteminə malik olması məqsədi güdülür.



Әlaqәli Xәbәrlәr