“Ukraynadakı islahat prosesinin strateji əhəmiyyəti var”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ukraynadakı islahat prosesinin strateji əhəmiyyətinin olduğunu söyləyib.

1000908
“Ukraynadakı islahat prosesinin strateji əhəmiyyəti var”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ukraynadakı islahat prosesinin strateji əhəmiyyətinin olduğunu söyləyib.

Çavuşoğlu Danimarkanın paytaxtı Kopenhagendə keçirilən beynəlxalq Ukrayna İslahat Konfransında etdiyi çıxışda Türkiyənin Ukraynanın torpaq bütövlüyünə, suverenliyinə və islahat prosesinə dəstəyini vurğulamaq üçün Kopenhagende olduğunu bildirib.  

Ukraynanın həyata keçirəcəyi islahatların uğurunun hər kəs üçün strateji əhəmiyyəti olduğunu qeyd edən Çavuşoğlu deyib ki, çünki Ukraynanın ayaqları üzərində güclü şəkildə durmasını istəyirik. İslahat prosesi uğurlu olmayacağı təqdirdə bu reallaşa bilməz. Genişmiqyaslı islahatlar tətbiq etmək heç vaxt asan olmayıb. Bu prosesə ölkəmdən bələdəm. Bununla da islahatların uğursuz olması bir seçim olmayacağı kimi qısmi nailiyyət də kifayət etməz.

“Müsbət cəhətdən nəzər salsaq islahat prosesinin arxasındakı əsas güc Ukrayna xalqının iradəsidir. Digər müsbət cəhət isə hökumətin güzəştə getməsidir”deyən Çavuşoğlu Ukraynadakı mövcud idarənin əzmli olduğunu, Dombas və Krımda baş verənlərin düzəldilməsinin islahatlardan və rifaha qovuşmuş Ukraynadan asılı olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr