Tramp Türkiyənin ilk prezidentini təbrik etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp 24 İyun prezident və deputat seçkilərindən zəfərlə çıxan türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

1000353
Tramp Türkiyənin ilk prezidentini təbrik etdi

    D.Tramp 24 İyun seçki uğuru ilə əlaqədar prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək onu Türkiyənin yeni hökumət sisteminin ilk prezidenti seçilməsi münasibətilə təbrik edib.

  Ərdoğan və Tramp, başda müdafiə və hərbi əlaqələr olmaqla, ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar. Söhbət zamanı həmçinin Suriyanın Münbiç məsələsində ABŞ-la varılan anlaşmaya da toxunulub.  

  Xatırladaq ki, Amerika ilə gəlinən razılığa əsasən, separatçı terror təşkilatı PKK/PYD-YPG bölgəni boşaldacaq, ABŞ-ın təşkilata verdiyi silahlar toplanacaq, region yerli xalqa təslim ediləcək.


Etiketlәr: #Ərdoğan - Tramp

Әlaqәli Xәbәrlәr