Rәcәb Tayyib Әrdoğan vә Frank Volter Ştainmayer arasında telefon danışığı olub

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

999644
Rәcәb Tayyib Әrdoğan vә Frank Volter Ştainmayer arasında telefon danışığı olub

Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vә Almaniya Federativ Respublikasının prezidenti Frank Volter Ştainmayer (Frank Walter Steinmeier) arasında telefon danışığı olub.

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, Ştainmayer telefon danışığı zamanı 24 iyunda keçirilәn növbәdәnkәnar prezident seçkilәrindә әlәdә etdiyi qәlәbә münasibәtilә Rәcәb Tayyib Әrdoğanı tәbrik edib.

Türkiyә-Almaniya münasibәtlәrinin daha da inkişaf etdirilmәsi  mәsәlәsindәki qәtiyyәtini vurğulayan iki lider  bu çәrçivәdә yüksәk sәviyyәli sәfәrlәrin әhәmiyyәtini dә qeyd ediblәr.

Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Mәhәmmәd bin Salman  Rәcәb Tayyib Әrdoğanı seçkilәrdә әlәdә etdiyi qәlәbә münasibәtilә tәbrik edib. Salman tәbrik mәktubunda Türkiyәnin dövlәt başçısına cansağlığı arzulayıb.



Әlaqәli Xәbәrlәr