İstanbul Yeni Hava Limanına ilk enişi dövlət başçısı həyata keçirdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan "TC-ANK" təyyarəsi ilə İstanbul Yeni Hava Limanına ilk enişi həyata keçirdi.

997156
İstanbul Yeni Hava Limanına ilk enişi dövlət başçısı həyata keçirdi
istanbul yeni havalimani3.jpg
istanbul yeni havalimani2.jpg
istanbul yeni havalimani1.jpg

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan "TC-ANK" təyyarəsi ilə İstanbul Yeni Hava Limanına ilk enişi həyata keçirdi.

 İstanbul Yeni Hava Limanında dövlət başçısını Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan, təyyarə ekipajlarının üzvləri, hava limanının əməkdaşları qarşıladılar.

  Ərdoğan burada çıxış edərək, möhtəşəm bir limanın inşa edilməsinə görə çox şad olduğunu dilə gətirdi və sözünə belə davam etdi: "Bütün konsorsium üzvlərini, memarından mühəndisinə qədər, bu işdə zəhməti olan hər kəsi təbrik edirəm. Həqiqətən, möhtəşəm bir əsərin sahibi olduq. Hava limanımızın millətimiz, ölkəmiz və bütün bəşəriyyət üçün xeyirli olmasını  arzulayıram. Xalqımı salamlayıram, sevgi, hörmət və ehtiramımı bildirirəm".

 Hava limanının ilk mərhələsinin Türkiyə Respublikasının ildönümündə - 29 oktyabrda istifadəyə verilməsi planlaşdırılır.

  42 ayda başa çatması gözlənilən ilk mərhələdə hava limanının gündəlik 3 min 500 eniş-qalxış imkanı, 100 min kvadratmetrlik yaşayış sahəsi, 25 min  avtomobillik dayanacağı, 42 kilometrlik baqaj sistemi, 143 piyada körpüsü, 5,5 milyon tonluq yük tutumu, 62 kilometrlik təhlükəsizlik çevrəsi olacaq.

 Hava limanı iqtisadiyyata 73 milyard Türk lirəsi məbləğuində gəlir gətirəcək və 225 min nəfərə məşğulluq imkanı yaradacaq.



Әlaqәli Xәbәrlәr