Mardin və Diyarbəkirdə terrora qarşı əməliyyatlar

Türkiyənin Mardin Nusaybin bölgəsində Suriyadan qaçan bir PKK/PYD-YPG terrorçusu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim oldu.

991366
Mardin və Diyarbəkirdə terrora qarşı əməliyyatlar

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının internet saytında ölkə daxilində terrorla mübarizə əməliyyatına dair məlumatlar verildi.
 
 Məlumatlarda Mardin Nusaybində Suriyadan qaçan bir PKK/PYD-YPG terrorçusunun Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilir. Diyarbəkir Licedə iyunun 10-da təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatda separatçı terror təşkilatının bir üzvünün  zərərsizləşdirildiyi, əməliyyatda bir ədəd biksi pulemyot, 67 ədəd fişəng, üç ədəd əl qumbarası və bir ədəd əl istehsalı partlayıcı qurğu ələ keçirildiyi qeyd edilir.



Әlaqәli Xәbәrlәr