Ərdoğan: "Sən qəbul etsən də, etməsən də, könüllərdə Fələstinin paytaxtı Qüdsdür"

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə Radio-Televiziya Qurumunun (TRT) xüsusi buraxılışında gündəmi dəyərləndirdi, sualları cavablandırdı.

977728

Ərdoğan Amerika Birləşmiş Ştataları ilə münasibətlər və fransız hərbçilərinin Münbicdə olması ilə əlaqədar verilən suala cavab verərəkən Fransa prezidentinin onunla telefonla danışmaq istədiyini bildirdi.

Dövlət başçısı ABŞ-ın İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə köçürməsini və İsrailin Qəzzada törətdiyi qətliamları xatırladaraq bunları söylədi: "Amerika ilə İsrailin qəbul etdikləri bu qərar dəyərsiz bir qərardır. Amerika  etibarını tamamilə itirib. Birləşmiş Millətlər Təşkilatında bizim Yəmən ilə atdığımız addımda aparılan səsvermə nəticəsində 128 ölkə əleyhinə səs verdi.  ABŞ və İsrailin yanında yalnız 7 ölkə durdu. Demək, dünya bunların qəbul etmir. "Mənim pulum, gücüm var. Bu pulla və güclə mən dediyimi sizə qəbul etdirərəm". Xeyr, etdirə bilməzsən, etdirə bilmədin, heç kim də sənə qulaq asmadı. Səfirliyni köçürməklə nə əldə edə biləcəksən?  Qüds Fələstinin paytaxtıdır. Bunu artıq hamı bilir. Bu məsələdə tərəddüd yoxdur. Sən qəbul etsən də, etməsən də,  könüllərdə Fələstinin paytaxtı Qüdsdür".

Әlaqәli Xәbәrlәr