"Türkiyə İsrail məhsullarına qarşı boykot tətbiqi qərarı verdi", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinadan qayıdarkən təyyarədəki jurnalistlərə şərhlər verərək deyib...

975982
"Türkiyə İsrail məhsullarına qarşı boykot tətbiqi qərarı verdi", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinadan qayıdarkən təyyarədəki jurnalistlərə şərhlər verərək deyib: “CHP-dən prezidentliyə namizəd Məhərrəm İncə FETÖ başçısının qaytarılması məsələsində amerikalıların ona zəng etdiyini deyir. Ekstradisiya ilə əlaqəsi olmayan birinə niyə zəng etsinlər ki? Dedikləri doğru deyil. Yalan onların ruhuna işləyib".

  İsraillə bağlı məsələyə münasibət bildirən R.T.Ərdoğan bu barədə deyib: “İslam Əməkdaşlıq Təşkilatı olaraq Türkiyə İsrail məhsullarına qarşı boykot tətbiqi qərarı verdi. Artıq o ölkədən hər hansı bir məhsul alınmayacaq. Türkiyə İsraillə olan, xüsusən iqtisadiyyat və ticarət əlaqələrini yenıdin baxacaq. 24 İyun seçkisindən sonra bu istiqamətdə addım atacağıq… İsrail güllə atmağın asan olmadığını bilməlidir… ABŞ-ın Suriya açıqlamasına gəlincə, ölkə başçısı Trampın şimal-qərbi Suriyaya yardımları kəsəcəyi açıqlaması heç də tutarlı deyil. Onsuz da orada Amerika deyil, Rusiyanın yardımı var. Amerika daha çox Münbiç tərəfdədir və oralardakı "yardım"ı da YPG kimi terror təşkilatlarına silah və sürsat verməkdir. Amerikanın humanitar yardım fəaliyyətləri yoxdur ki, həmçinin İdlib və Dumada da.”

  Balkanlar səfərində sui-qəsd təhdidlərilə bağlı isə Türkiyə başçısı bunları söyləyib: “Təhdidlər bizi saxlamaz, yolumuza davam edirik. Belə bildirişləri ilk dəfə almırıq, ara-sıra ölkə daxilində də olur, xaricində də. Əgər bunlardan çəkinsək, gərək heç evdən çıxmayaq. Biz tədbirlərimizi görür və yolumuza davam edirik. Bilirik ki, qismətdə nə varsa, odur”.



Әlaqәli Xәbәrlәr