Rəcəb Tayyib Ərdoğanın Balkanlara səfəri zamanı ona qarşı sui-qəsd cəhdi edilə bilər

Bu barədə Türkiyənin kəşfiyyat xidmətlərinə Makedoniyanın paytaxtı Skopyedə yaşıyan türklər və Qərbin kəşfiyyat xidmətləri məlumat verib.

974721
Rəcəb Tayyib Ərdoğanın Balkanlara səfəri zamanı ona qarşı sui-qəsd cəhdi edilə bilər

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Balkanlara səfəri zamanı ona qarşı sui-qəsd cəhdi edilə bilər.

Bu barədə Türkiyənin kəşfiyyat xidmətlərinə Makedoniyanın paytaxtı Skopyedə yaşıyan türklər və Qərbin kəşfiyyat xidmətləri məlumat verib.

Məlumatda bildirib: "Şaiyələr gəzir ki, Dövlət başçısı Ərdoğanın Balkan ölkələrinə səfəri zamanı ona qarşı sui-qəsd cəhdi olacaq".

Məlumatda həmçinin  deyilir:"Türk əsilli bir qrup insan Ərdoğana qarşı onun Balkanlara səfəri zamanı sui-qəsd hazırlayır".

Bu arada Baş naziri müavini Bəkir Bozdağ bildirib ki, Ərdoğan bu növ təhdidlərdən qorxan və yolundan imtina edən biri deyil.



Әlaqәli Xәbәrlәr