Afrindә PKK/PYD-YPG-yә mәxsus düşәrgә aşkar edilib

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

972841
Afrindә PKK/PYD-YPG-yә mәxsus düşәrgә aşkar edilib

Suriyanın Afrin qәsәbәsinin Hacıhәsәnli bölgәsindә PKK/PYD-YPG-yә mәxsus  düşәrgә aşkar edilib.

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı  yanvarın 20-dә başlanılan ‘‘Zeytun Budağı’’hәrәkatı çәrçivәsindә keçirilәn әmәliyyatlarla  bağlı mәlumat yayıb.

Mәlumata görә, terrorçular bölgәdә aparılan ‘‘Zeytun Budağı’’ әmәliyyati zamanı düşәrgәni tәrk edib.

Qeyd edәk ki, TSQ düşәrgәnin görüntülәrini rәsmi internet sәhifәsindә bölüşüb.



Әlaqәli Xәbәrlәr