Minlərlə adam Türkiyənin ABŞ Səfirliyinə baş vurdu

Gün boyu səfirliyin girişində uzun növbələr yaranıb.

964793
Minlərlə adam Türkiyənin ABŞ Səfirliyinə baş vurdu

  Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda təşkil olunan "Pasport DC" proqramı çərçivəsində minlərlə adam Türkiyənin ABŞ-dakı Səfirliyinə baş vurub.  

  Vaşinqtondakı bir çox səfirlik hər il təşkil olunan “Səfirliklə görüş günləri” proqramı çərçivəsində qapılarını bir günlüyə sadə insanlara açır.

  50-yə yaxın səfirliyin iştirak etdiyi proqramda Türkiyə Səfirliyi də maraq göstərilən diplomatik məkanlardan olub.

  Gün boyu səfirliyin girişində uzun növbələr yaranıb. Minlərlə adam Türkiyə ilə bağlı məlumat almaq, başda dönər olmaqla Türkiyə yemək və şirniyyatını dadmaq və tədbirdə iştirak edən şirkət və firmaların məhsullarını görmə imkanı qazanıb.

  Tədbirdə qonaqlara Türkiyənin təqdimatını səfriliyin Mədəniyyət və Tanıtma şöbəsi, Şimali Kipr Türk Cümhuriyyəti (Kıbrıs) Səfirliyi, Türkiyə Hava Yolları və Yunus Əmrə İnstitutunun nümayəndələri edib. Gələnlərə dönər, paxlava, Türk qəhvəsi və simit kimi Türkiyə mədəniyyətinə aid nemətlər təqdim olunub.

  Proqramda bu il 50-yə yaxın ölkənin səfirlikləri iştirak edib.



Әlaqәli Xәbәrlәr