Rәcәb Tayyib Әrdoğan vә Antonio Quterreş arasında telefon danışığı olub

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

959491
Rәcәb Tayyib Әrdoğan vә Antonio Quterreş arasında telefon danışığı olub

Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vә BMT-nin Baş katibi Antonio Quterreş (Antonio Guterres) arasında telefon danışığı olub.

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, tәrәflәr Suriyadakı son vәziyyәti vә  Türkiyәnin Fәlәstin mәsәlәsindәki hәssaslıqlarını müzakirә ediblәr.

Mәlumatda hәmçinin görüşdә BMT-nin fələstinli qaçqınlara yardım təşkilatına (UNRWA)  dәstәk mәsәlәsinin dә gündәmә gәldiyi bildirilib.

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Türkiyәnin fәlәstinli qaçqınlara ev sahibliyi edәn ölkәlәrin sabitliyi baxımdan әhәmiyyәtli tәşkilat olaraq qiymәtlәndirilәn UNRWA-ya dәstәk vermәyә davam edәcәyini qeyd edib.

Türkiyәnin Fәlәstin mövzusundakı hәssaslığına işarә edәn Antonio Quterreş dә tәşkilata dәstәyin davam etmәsini gözlәdiklәrini bildirib.

Görüşdә Suriya mәsәlәsinә dә  toxunan tәrәflәr  suriyalıların sülh vә rifaha qovuşmaları üçün böhrana  siyasi hәll yolunun tapılmasının vacibliyini vurğulayıblar.



Әlaqәli Xәbәrlәr