Milli Təhlükəsizlik Şurasında Münbiçə əməliyyat olacağına dair siqnal

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçılığında keçirilən Milli Təhlükəsizlik Şurasının yığıncağı başa çatdı.

939648
Milli Təhlükəsizlik Şurasında Münbiçə əməliyyat olacağına dair siqnal

Milli Təhlükəsizlik Şurasında Münbiçə əməliyyat olacağına dair siqnal...

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçılığında keçirilən Milli Təhlükəsizlik Şurasının yığıncağı başa çatdı.  

Yığıncaqdan sonra verilən yazılı açıqlamada bildirildi ki, terror təşkilatı PKK/PYD-YPG mənsubu terrorçular işğal altında tutduqları Suriyanın  Münbiç qəsəbəsindən çıxarılmayacağı təqdirdə Türkiyə addım atacaq. 

PKK/PYD-YPG ABŞ-ın dəstəyi ilə terror təşkilatı DEAŞ bəhanəsi ilə rayonda 2016-cı ilin yay aylarında yerləşdi.
 
 ABŞ DEAŞ-ın məğlub edilməsindən sonra PKK/PYD-YPG- nin Münbiçi azad edəcəyi barədə Türkiyəyə bir neçə dəfə vəd versə də terrorçular bölgədə mövcudluğunu davam etdirir.

Milli Təhlükəsizlik Şurasının açıqlamasında həmçinin, təşkilatın İraqdakı fəaliyyətlərinin İraq Dövləti tərəfindən qarşısının alınması, əks halda Türkiyənin bu vəziyyətə də müdaxilə edəcəyi ifadə edilib.
 
 Açıqlamada Yunanıstanın yaxşı qonşuluğa zidd davranışlarının təqib edildiyi bildirilib və Türkiyənin mənfəətlərindən əsla  güzəştə getməcəyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr