"Türkiyə ilə nəticəyə gəlinməyib ABŞ-ın Münbiçdəki varlığıyla bağlı", H.Nauert

Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında problem olan Suriyanın Münbiç rayonu ilə bağlı amerikalı rəsmilərdən ziddiyyətli açıqlamalar gəlməyə davam edir.

935707
"Türkiyə ilə nəticəyə gəlinməyib ABŞ-ın Münbiçdəki varlığıyla bağlı", H.Nauert

  “Buradan çəkilmək niyyətimiz yoxdur". Bu sözləri ABŞ Mərkəz Hərbi Qüvvələr Komandanlığı (CENTCOM) və Dövlət Departametninin gündəlik mətbuat toplantısında komandanlığın sözçüsü Adrian Rankin Qallovey (Adrian Rankine Gallowey) deyərək belə davam edib: “Koalisiya qüvvələri hazırda Münbiç bölgəsində yerləşir. DEAŞ nəzarətindən azad edilmiş digər bölgələrdə olduğu kimi, koalisiya qüvvələri Münbiç bölgəsində də yerli mülki şuranın sabitliyinin təmini üçün çalışır."

  ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert (Heather Nauert) isə: "Türkiyə ilə danışıqlarımız davam edir. Hələ ki, bir nəticəyə gəlinməyib ABŞ-ın Münbiçdəki varlığı ilə bağlı. Amma bizim hərbi qüvvələrimizi geri çəkmək kimi bir niyyətimiz yoxdur”, - deyib.  



Әlaqәli Xәbәrlәr