Binәli Yıldırım: ''Sevgi insanın fitrәtidir''

Türkiyәnin Baş naziri Binәli Yıldırım Türkiyә Diyanәt Vәqfi tәrәfindәn Beştәpә Millәt, Konqres vә Mәdәniyyәt Mәrkәzindә tәşkil edilәn ‘‘Beynәlxalq Yaxşılıq Mükafatları’’ mәrasimindә  iştirak edib.

929066

Mәrasimdә açılış nitqi ilә çıxış edәn Binәli Yıldırım sevginin insanın fitrәti olduğunu deyib.

Dünyada aparılan  bütün mübarizәnin   pisliklә yaxşılıq arasında olduğunu deyәn Binәli Yıldırım: ‘‘Yaxşı insanların sevgisi vә mәrhәmәti dünyanı gözәllәşdirir. Ancaq bunu da qeyd etmәk lazımdır ki, bu gün dünyada yaxşılığın sәsinә әhәmiyyәt vermәyәn anlayış getdikcә çoxalır. Biz bu anlayışa etiraz edirik. Biz insanın şәrәfini hәr şeydәn üstün tuturuq. Xalqa xidmәti haqqa xidmәt olaraq görürük’’ deyә qeyd edib.

Binәli Yıldırım  yaxşılıq etmək və əldəki imkanları bölüşmәk üçün minlərlə vəqf və dərnəyin olduğunu, bu təşkilatların yalnız Türkiyədə deyil  dünyanın hər yerində fəaliyyətlәrini davam etdirdiyini deyib.

Baş nazir Türkiyənin  dünyanın dürd bir tәrәfindә ehtiyacı olana  yardım әlini uzatdığını, Suriyada yaşanan vətəndaş müharibəsi səbəbindәn evlərini tərk etmək məcburiyyətində qalan 3,5 milyon insana ev sahibliyi etdiyini deyib.

Әlaqәli Xәbәrlәr