"Son Afrin hadisəsi, proseslər bizə göstərdi ki..." R.T.Ərdoğan

Ankarada HAK-İŞ Beynəlxalq Qadın Günü Proqramında vətəndaşlara səslənən R.T.Ərdoğan çıxışında dedi...

924755
"Son Afrin hadisəsi, proseslər bizə göstərdi ki..." R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan türk millətinin birlik olanda nələr edə biləcəyini Zeytun Budağı Hərəkatının bütün dünyaya göstərdiyini vurğuladı.

  Ankarada HAK-İŞ Beynəlxalq Qadın Günü Proqramında vətəndaşlara səslənən R.T.Ərdoğan çıxışında dedi: “Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində separatçı terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yanvarın 20-də başladığı Zeytun Budağı Hərəkatı çərçivəsində zərərsizləşdirilən terrorçu sayı 2960-a çatıb... Son Afrin hadisəsi, proseslər, şükürlər olsun, bizə bir şeyi göstərdi. Bu millət güclü bir millətdir. Bu millət keyfiyyətli bir millətdir. Bu millət bir olunca, iri olunca, diri olunca, qardaş olunca nələr edə biləcəyini ortaya qoyur. Türk əsgəri Afrinə doğru əmin addımlarla yoluna davam edir. Rai, Cerablus, Babı necə nəzarətə keçirdiksə, Afrində də 2 min kilometr ərazini alıb sahiblərinə təslim edəcəyik".



Әlaqәli Xәbәrlәr