ABŞ-ın Türkiyədəki səfirliyinə hücum hazırlamaqda şübhəli bilinən 4 nəfər saxlanıldı

Türkiyənin Samsun şəhərində ABŞ-ın Ankaradakı səfirliyinə hücum hazırlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

923237
ABŞ-ın Türkiyədəki səfirliyinə hücum hazırlamaqda şübhəli bilinən 4 nəfər saxlanıldı

Türkiyənin Samsun şəhərində ABŞ-ın Ankaradakı səfirliyinə hücum hazırlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

DEAŞ-a qarşı Samsun Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələrilə Milli Kəşfiyyat Təşkilatının birgə apardığı fəaliyyət nəticəsində Samsun-Ankara şose yolunda dayandırılan avtobusda İraq vətəndaşı 2 nəfər saxlanılıb. Nəticədə şübhəli bilinən şəxslərlə əlaqədə olduqları müəyyənləşdirilən daha iki iraqlı yaxalanıb.

Saxlanılan şəxslər barəsində istintaq işləri davam etdirilir.

Baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ Nazirlər Kabinetinin yığıncağından sonra verdiyi açıqlamada lazım olan tədbirlərin görüldüyünü söyləyib.

İndiyədək DEAŞ-lı 4 min 43 terrorçunun yaxalandığını xatırladan Bozdağ təşkilatın qanlı hücumlarında isə 310 vətəndaşın həlak olduğunu qeyd edib. 



Әlaqәli Xәbәrlәr