Hulusi Akar: "Şəhid və qazilərimizin bir damla qanı belə yerdə qalmayacaq"

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar "Zeytun Budağı" əməliyyatına dair açıqlama verdi.

921851
Hulusi Akar: "Şəhid və qazilərimizin bir damla qanı belə yerdə qalmayacaq"

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar "Zeytun Budağı" əməliyyatına dair açıqlama verdi.
 
Akar açıqlamasında bunları bildirdi: " Şəhid və qazilərimizin heç birinin bir damla qanı belə yerdə qalmayacaq. Terrorçuların, bunlara dəstək verən güc mərkəzlərinin ümidləri boşa çıxacaq. Mübarizəyə əsgərimiz, polis qüvvələrimiz, jandarmlarımız, təhlükəsizlik qüvvələrimiz və Azad Suriya Ordusunun üzvləri ilə çiyin-çiyinə ən son terrorçu zərərsizləşdirilənə qədər eyni əzm və qətiyyətlə bir bütün halında davam ediləcək. Əməliyyat əsnasında bütün fəaliyyətlər həm hərbi, həm humanitar dəyərlər baxımından digər dünya ölkələrinə nümunə olacaq bir şəkildə icra edilir. Əməliyyat bölgəsində qalan vətəndaşların əsas tələbatları fədakarcasına ödənilir. Səhiyyə xidmətinə və digər yardımların çatdırılmasına dəstək təmin olunur".



Әlaqәli Xәbәrlәr