PKK mənsubu 4 terrorçu təhlükəsizlik qüvələrinə təslim oldu
Türkiyənin Şırnak vilayətinin Silopi qəsəbəsində İraqın şimalındakı sığınacaq yerlərindən qaçan terror təşkilatı PKK mənsubu 4 terrorçu təhlükəsizlik qüvələrinə təslim olub.

Türkiyənin Şırnak vilayətinin Silopi qəsəbəsində İraqın şimalındakı sığınacaq yerlərindən qaçan terror təşkilatı PKK mənsubu 4 terrorçu təhlükəsizlik qüvələrinə təslim olub.
Bununla bağlı məlumat Baş Qərargahın internet səhifəsində yer tutub.
Məlumata görə, Şırnak vilayətinin Silopi qəsəbəsində 4 terrorçu təslim olduqda, Bitlis vilayətində təhlükəsizlik qüvvələrinin ərazidə apardığı axtarışlar zamanı müxtəlif silah-sursat və avadanlıq keçirildi.
İraqdan Türkiyəyə keçməyə cəhd edən üç, İrandan Türkiyəyə qeyri-qanuni yolla keçməyə çalışan bir nəfər yaxalandı.
Digər tərəfdən Yunanıstandan Türkiyəyə qeyri-qanuni yolla keçməyə cəhd edən 8, Türkiyədən də Yunanıstana keçməyə cəhd göstərən 148 adamın yaxalandığı bildirilib.
Әlaqәli Xәbәrlәr

Daha 6,5 milyon doza peyvənd İstanbula gətirilib
Türkiyənin Çindən aldığı koronavirus peyvəndinin ikinci hissəsi Ankaraya çatdırılıb.